Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Putin: 3500 Ukrayna əsgəri Oskol çayının sol sahilində MÜHASİRƏDƏDİR

Dünya

Rusiya liderinin sözlərinə görə, onlar “evsiz adamlara bənzəyirlər”.

Cagdas.az TASS-a istinadən xəbər verir ki, təxminən 3500 Ukrayna əsgəri Oskol çayının sol sahilində Rusiya qüvvələri tərəfindən mühasirəyə düşüb. Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib ki, uzun müddət davam edən ərzaq, uniforma və sursat çatışmazlığı səbəbindən onlar “evsizlərə bənzəyirlər”.

“Ümumilikdə 3500 nəfərdən ibarət daha 15 Ukrayna Silahlı Qüvvələri batalyonu Oskol çayının sol sahilində blokadaya düşüb. Komandirlərimiz deyirlər ki, bu ərazidə Ukrayna Silahlı Qüvvələrinin bəzi şəxsi heyəti artıq evsizlərə oxşayır. Bu, zarafat deyil. Təsəvvür edin, 3500 nəfər üçün pilotsuz təyyarə ilə yemək, geyim və hərbi sursat atmaq mümkün deyil. Onlar həftələrdir bu vəziyyətdədirlər”, – deyə Putin qeyd edib.