Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Putin orduya əmr verdi

Dünya
Russian President Vladimir Putin meets with members of the Delovaya Rossiya (Business Russia) National Public Organisation and participants of the organisation's 20th Congress and Forum via video link at the Kremlin in Moscow, Russia May 13, 2025. Sputnik/Alexander Kazakov/Pool via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə keçirdiyi müşavirədə Ukrayna ilə sərhəd boyunca “təhlükəsizlik zolağı”nın yaradılmasının zəruri olduğunu bildirib.

Cagdas.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Putinin sözlərinə görə, qərar “Şimal” qruplaşmasının məsuliyyət zonasında daxili təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.

Rusiya Prezidentinin əmri Moskvanın Xarkov, Sumı və Çerniqov vilayətlərinin sərhədinə yaxın ərazilərdə nəzarəti genişləndirmək niyyətini göstərir. Hazırda Rusiya qoşunları Sumı vilayətinin şimalında cüzi əraziyə nəzarət edir və Xarkov vilayətinin bəzi istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

Ukrayna tərəfi isə bu addımı sərhəd rayonlarına təzyiqi artırmaq və cəbhənin şimal hissəsində vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirir./modern