“Prezident sabahkı Rusiya-ABŞ təmaslarına hazırlıq məqsədilə bazar ertəsi bir neçə qapalı görüş keçirəcək”, deyə Dmitriy Peskov bildirib.
“Cagdas.az”ın xəbərinə görə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş dekabrın 2-də günortaya planlaşdırılıb.
“Bəli, Vitkoffla görüş doğrudan da sabaha planlaşdırılıb. O, dünən özü də bunu qeyd edib”, – sözçü məsələ ilə bağlı sualı cavablandırıb və danışıqların günortadan sonra baş tutacağını bildirib.
“Prezident həmçinin sabahkı Rusiya-ABŞ təmaslarına hazırlıq məqsədilə bu gün bir neçə qapalı görüş keçirəcək”, – Peskov əlavə edib.
Bundan əvvəl “The Wall Street Journal”, Vitkoff və Donald Trampın kürəkəni Jared Kushnerin Ukrayna böhranının nizamlanması üzrə danışıqları davam etdirmək məqsədilə bazar ertəsi Moskvaya gedəcək.


