Son dəqiqə
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO
Reklam
Reklam

Qar, yağış yağacaq – Yaxın günlərin havası

Cəmiyyət

“Dekabr ayında havanın temperaturu noyabr ayı ilə müqayisədə azalır. Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitində dəyişikliklər gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, havanın temperaturunun isə aşağı enəcəyi proqnozlaşdırılır”.

Cagdas.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dekabr ayında havanın orta temperaturu iqlim normasına yaxın olacaq. Yağıntılara gəldikdə isə bunun da əsasən iqlim normasına yaxın olacağı ehtimal edilir.

“Ayın ilk 10 günlük dövrünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə dəyişəcəyi gözlənir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv yağıntıların olacağı, yüksək dağlıq ərazilərdə isə yağıntıların qara keçəcəyi ehtimalı var.

Yaxın günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçməsi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Havanın maksimal temperaturu 14-17 dərəcə isti olacaq.

Bölgələrdə də dekabrın 1-də əsasən gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı hava müşahidə edilə bilər, bəzi yerlərdə isə arabir fasilə olacaq. Havanın maksimal temperaturu aran rayonlarında 13-16, dağlıq ərazilərdə isə 5-9 dərəcə isti olacaq”.