Son dəqiqə
Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar
Reklam
Reklam

Qubada zibillər aylarla yığılır – Sakinlər öz hesabına təmizləyir

Cəmiyyət

Quba rayonunun Aşağı Atuc kəndində məişət tullantıları ciddi antisanitar vəziyyət yaradıb. Kəndin bir neçə hissəsində zibillər uzun müddət toplanaraq qalmaqdadır.

Cagdas xəbər verir ki, sakinlər aidiyyəti qurumlardan ərazilərin dərhal təmizlənməsini istəyirlər.

Onların sözlərinə görə, əraziyə baxan yoxdur:

“İki dəfə öz hesabımıza buranı təmizləmişik, amma heç kim gəlməyib, baxmayıb. Evimizin yanı zibilxanaya çevrilib. Mal dərisi, qoyun ölüsü, heyvan cəmdəkləri gətirib atırlar, itlər də buraya toplaşır. Kənddə təxminən 1000 ev var, bir tədbir görsünlər ki, bu natəmizlikdən qurtulaq”.

Qeyd olunub ki, artıq kənd bələdiyyəsinin əməkdaşları və texnika əraziyə gələrək təmizləmə işlərinə başlayıblar./Milli.Az/