Son dəqiqə
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar Pensiyalar sabah ödəniləcək
Reklam
Reklam

Rusiya Ukraynanın Kiyev vilayətinə dronlarla hücum edib, ölən və yaralananlar var

Dünya

Şənbə günündən bazar gününə keçən gecə Rusiya Ordusu Ukraynanın Kiyev vilayətinə dronlarla hücum edib, bir nəfər ölüb, daha altı nəfər yaralanıb.

“Cagdas.az”ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib.

Onun sözlərinə görə, hücumdan sonra Vışqorodda çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə yerində xilasedicilər, polis və tibb işçiləri işləyir.

“Kiyev vilayətinə düşmənin daha bir dron hücumu. İnsanların evlərinə zərbə endirilib. Fərdi ev də dağılıb və sənaye müəssisəsində yanğın baş verib. Daha ətraflı məlumat sonra veriləcək. Hava hücumu xəbərdarlığı hələ qüvvədədir”, – Kalaşnik qeyd edib.

Xilasedicilərin sözlərinə görə, hücum nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Fərdi evlərin də alovlandığı və dağıldığı, park edilmiş avtomobillərin isə zədələndiyi bildirilir. Şəhərin sənaye müəssisələrindən birində yanğının söndürülməsi işləri davam edir./Report/