Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Rusiyaya işləmək üçün getmək istəyənlərə PİS XƏBƏR

Cəmiyyət

Rusiyaya daxil olan miqrantlar üçün yeni nəzarət mexanizmi tətbiq olunmağa başlayıb.

Cagdas.az xəbər verir ki, bu barədə Moskva şəhər strukturlarına və FSB-yə yaxın mənbələr məlumat yayıb.

Mənbələr bildirir ki, ölkəyə gələn hər bir miqrantdan DNT nümunəsi, barmaq izləri və fotoşəkillər toplanacaq.

İddialara əsasən, onların smartfonlarına xüsusi proqram təminatı quraşdırılacaq. Bu proqram miqrantların real vaxtda geolokasiyasını, hərəkət marşrutlarını, əlaqələrini və ümumi fəaliyyətlərini izləməyə imkan verəcək.

Sistemin sosial şəbəkələri avtomatik skan etdiyi də deyilir. Məlumata görə, Suriyaya, müharibə bölgələrinə və ya radikal hesab edilən qruplara aid edilə biləcək “bəyənmə” və ya şərh miqrantın Rusiyaya girişinə qadağa qoyulmasına və ya polisə çağırılmasına səbəb ola bilər./globalinfo.az