Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

Şəhid övladları Türkiyənin Kosmik Aviasiya Tədqiqat Mərkəzində qış düşərgəsində

Cəmiyyət

Şəhid ailələrinin övladlarına kosmos və texnologiya sahəsində bilik və təcrübə qazandırmaq məqsədilə noyabrın 25-dən 30-dək Türkiyənin GUHEM mərkəzində qış düşərgəsi təşkil olunur.

 

CAGDAS.AZ-a Azərbaycan Kosmik Agentliyindən bildirilib ki, layihə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Azərbaycan Milli Antidopinq Agentliyi, Türkiyənin Kosmik Aviasiya Tədqiqat Mərkəzi (GUHEM) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.

 

Qış düşərgəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid ailəsinin övladları iştirak edirlər. Düşərgə çərçivəsində iştirakçılar yüksək texnologiyalar, kosmos, innovasiya və süni intellekt kimi sahələrdə təcrübələr əldə edəcək, müasir texnoloji alətlərdən istifadə edərək praktiki məşğələlər keçəcəklər.

 

GUHEM Bursa Ticarət və Sənaye Palatasının rəhbərliyi altında və Bursa Böyükşəhər Bələdiyyəsi ilə Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası ilə əməkdaşlıq çərçivəsində yaradılmış 13 000 kvadratmetr sahəni əhatə edən mərkəzdir. GUHEM kosmos və aviasiya texnologiyalarının inkişafını təşviq etməklə yanaşı, innovasiya, rəqəmsallaşma və İKT ekosisteminin inkişafı üçün müxtəlif layihə və proqramlar təqdim edir.