Son dəqiqə
Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər Xəzərin səthinin sahəsi 20 min kvadratkilometrdən çox azalıb – Yenilənib İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub – FOTO Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək
Reklam
Reklam

Sabah leysan, dolu və dağlarda qar gözlənilir

Cəmiyyət

Sabahın hava praqnozu açıqlanıb.

Cagdas.az  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.