Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Şamil Ayrım: Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı sülhün əsas şərtlərindəndir

Siyasət

Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan arasında sülhün əsas şərtlərindəndir.

“Cagdas.az” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq hər bir insanın öz yurduna qayıdış haqqını özündə ehtiva edir:

“Bu mənada Ermənistandan zorla çıxarılan azərbaycanlıların qayıdışının təmin olunması onların təməl hüququdur. Yüz illər ərzində azərbaycanlılara məxsus həmin ərazilərdəki tarixi və mədəni abidələr məhv edilib. Azərbaycanın aşıq və xalçaçılıq sənəti tamamilə yox edilib. Bu isə xalqın mənəvi bağlarına ciddi ziyan vurur”.

Türkiyəli deputat bildirib ki, beynəlxalq hüquq mədəni mirasın qorunmasını insan haqlarının bir parçası olaraq tanıyır:

“Müharibələrdən sonrakı sülh həm də mədəni-tarixi abidələrə göstərilən hörmətlə mümkündür. Bu səbəblə qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və onların mədəni abidələrinin bərpası Azərbaycanla Ermənistan sülhün əsas şərtlərindəndir. Ermənistan 30 il ərzində işğal etdiyi əraziləri də darmadağın etmişdi. Azərbaycan isə bu gün Qarabağda yeni yollar, hava limanları, evlər inşa edir. Çünki bu torpaq Azərbaycan torpağıdır”./Report/