ABŞ İrana məxsus “kölgə donanması” ilə əlaqəli 29 gəmi və şirkətə sanksiya tətbiq edib.
Cagdas.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın neft və neft məhsullarını ixrac edən “kölgə donanması” ilə bağlı 29 gəmi və idarəetmə şirkətinə sanksiya tətbiq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, sanksiya tətbiq edilən gəmi və şirkətlər aldatıcı nəqliyyat üsulları ilə yüz milyonlarla dollar dəyərində məhsul daşıyıb.
Sanksiyalara daxil edilənlər arasında Mısırlı iş adamı Hatem Elsaid Farid İbrahim Sakr da var; onun yeddi gəmi ilə əlaqəsi olduğu bildirilib.










