ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiyalar siyahısından altı şirkət və iki şəxsi çıxardığını açıqlayıb.
Cagdas.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti Ofisi (OFAC) veb saytında yayımlanan açıqlamaya görə, sanksiyalar artıq aşağıdakılara şamil edilməyəcək:
– Kipr şirkətləri Veles International Limited və Hadlerco Limited,
– Finlandiyanın Hi-Tech Koneisto International Oy,
– BƏƏ-nin 365 Days Freight Services FZCO,
– Türkiyənin Etasis A.S. və CPS Proses Kontrol Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi şirkətlərinə tətbiq edilməyəcək.
Həmçinin sanksiyalar Rusiya vətəndaşı Dmitry Bugayenko və Finlandiya vətəndaşı Evgenia Dremova üçün də qüvvədən düşüb. OFAC bu addımların səbəbləri barədə açıqlama verməyib.
Qeyd edək ki, ötən ilin sonlarında ABŞ Maliyyə Nazirliyi iş adamı Alişer Usmanov ilə əlaqəli olduğu iddia edilən bir neçə şəxsi də Rusiya sanksiyalar siyahısından çıxarmışdı. Həmin zaman da ABŞ tərəfi heç bir izahat verməmişdi.










