Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Siqaretlər bahalaşacaq – Aksiz dərəcələri artırılır

Cəmiyyət

Bir sıra tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilib.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

“Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif olunur”, – deyə komitə sədri bildirib.(sfera.az)