ABŞ Müdafiə Nazirliyi (Pentagon) ətrafında pizza sifarişlərinin artması yeni narahatlıqlara səbəb olub. Məlumata görə, ehtimal bir hərbi hazırlığın işarəsi olaraq sifarişlərdə 120%-dən çox artım qeydə alınıb.
Çağdaş.Az xəbər verir ki, ABŞ və İran arasında gərginlik artarkən, Pentagon ətrafında pizza sifarişlərinin çoxalması sosial mediada və şərhçilər arasında hökumətin mümkün hərəkətlərinə dair spekülasiyalara yol açıb.
Məlumata görə, Pentagon yaxınlığındakı Domino’s və Extreme Pizza şəbəkələrində sifarişlər əvvəlki dövrlərlə müqayisədə 120%-dən çox artıb.
“Doughcon” göstəricisi
Bu artım, Vaşinqton siyasi dairələrində qeyri-rəsmi olaraq istifadə edilən və krizis dövrlərində gecə saatlarına qədər işləyən işçilərin pizza sifarişləri ilə əlaqələndirilən “Doughcon” göstəricisinin yenidən gündəmə gəlməsinə səbəb olub.
“Doughcon” rəsmi təhlükəsizlik göstəricisi olmasa da, keçmişdə diplomatik və ya hərbi gərginlik dövrlərində pizza sifarişlərində artım müşahidə olunması iddiaları ilə yadda qalıb.
Soyuq Müharibədən bu yana diqqət mərkəzində
Pizza sifarişlərindəki artım, ABŞ və İran arasındakı son gərginliklərlə birlikdə qiymətləndirilib. Sosial media istifadəçiləri və bəzi analiz hesabları, Pentagon işçilərinin iş saatlarının uzanmış ola biləcəyini irəli sürüb.
Ekspertlər isə bu göstəricilərin yalnız spekülasiya ola biləcəyini və birbaşa təhlükəsizlik siyasətləri ilə əlaqələndirilməsinin dəqiq nəticə verməyəcəyini xəbərdar ediblər.
Pentagon ətrafındakı restoranlardakı bu cür fəaliyyətləri izləyərək olası böhranları proqnozlaşdırmaq ideyası Soyuq Müharibə dövründən bəri zaman-zaman gündəmə gəlib.
Rəsmi məlumat və ya etibarlı göstərici olmasa da, “Doughcon” Vaşinqtondakı siyasi folklorun məşhur bir hissəsi olaraq qalmağa davam edir.
















