ABŞ Prezidenti Donald Tramp özünü İsa Məsihə (Jesus Christa ) bənzər obrazda göstərən bir şəkil paylaşıb.
Cagdas.az xəbər verir ki, bu barədə o, “Truth Social” şəbəkəsində paylaşım edib.
Foto Tramp ağ xiton geyinmiş vəziyyətdə təsvir olunub. O, bir əli ilə xəstəxana geyimində uzanan kişiyə toxunur və ovuclarından işıq saçır.
Kadrlarda onu ABŞ hərbçisi, tibb bacısı və dua edən qadın əhatə edir. Arxa fonda isə ABŞ bayrağı, ağbaş qartal, Azadlıq heykəli, döyüş təyyarələri və fişənglər görünür.
Ehtimal olunur ki, görüntü süni intellekt vasitəsilə hazırlanıb.
Qeyd edək ki, bundan əvvəl Tramp onun Roma Papası obrazında təsvir edildiyi başqa bir şəkillə əlaqəsini inkar etmişdi:
“Bununla heç bir əlaqəm yoxdur. Kimsə məni Papa kimi təsvir edib və internetdə paylaşıb. Bu, mən deyildim”.(Referans Media )

















