• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.7° Weather Columbus
$
1.7
€
2.0019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Türkiyəyə qarşı səssiz cəbhə: Qüds sammitinin gizli mesajları

25 Dekabr, 25 / 20:07
A A

Yaxın Şərqdə proseslər səngimək bilmir. HƏMAS və “Hizbullah”ın tərk-silah edilməsi, Bəşər Əsəd rejiminin devrilməsi, Qəzza müharibəsində nisbi atəşkəsə nail olunması bölgədə gərginliyi azaltmaq əvəzinə onu yeni mərhələyə keçirib. Region bu gün də “qaynar qazan” və “barıt çəlləyi” olaraq qalır. Çünki problem yalnız silahlı qruplar deyil, böyük və orta güclər arasında bitməyən nüfuz savaşıdır. Bu kontekstdə İsrail, Yunanıstan və Kipr arasında formalaşan yeni hərbi-siyasi əməkdaşlıq ayrıca diqqət tələb edir.

İsrail-Yunanıstan-Kipr üçlüyü: regional təhlükəsizlik, yoxsa Türkiyəyə qarşı balans

Cagdas.az Ölkə.az-a istinadən bildirir ki, Qüdsdə keçirilən son sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulides arasında əldə olunan razılaşmalar formal olaraq müdafiə, terrorla mübarizə və enerji təhlükəsizliyi çərçivəsində təqdim olunsa da, əsas hədəfin Türkiyə olduğu gizlədilmir.

Netanyahunun “imperiyalarını bərpa etmək xülyası quranlara cavab” ifadəsi birbaşa Ankaraya ünvanlanmış siyasi mesajdır. Sammitdə birgə müdafiə əməkdaşlığının genişləndirilməsi, dəniz və enerji infrastrukturunun qorunması və ən diqqətçəkən məqamı isə 2500 nəfərlik çevik reaksiya qüvvəsinin yaradılması ideyası müzakirə olunub. Bu addımlar Şərqi Aralıq dənizində yeni təhlükəsizlik arxitekturasının formalaşdırıldığını göstərir.

Hərbi əməkdaşlıq: kağız üzərində razılaşma, yoxsa real güc?

Hazırda üç ölkə arasında əməkdaşlıq artıq praktiki mərhələdədir. Belə ki, İsrail-Yunanıstan birgə hava və dəniz təlimləri keçirir, Afina İsrail istehsalı olan PULS raket sistemləri və Barak MX HHM sistemlərinə maraq göstərir, yunan ordusunun “tarixinin ən böyük modernləşmə proqramı”nda İsrail silahları əsas yer tutur.

Bununla belə, İsrail rəsmilərinin özləri də vahid birgə hərbi qüvvənin yaradılmasına skeptik yanaşırlar. Bu isə göstərir ki, ittifaq daha çox siyasi-psixoloji təzyiq alətidir, real müharibə maşını yox.

ABŞ amili: Rusiya bəhanəsi, Türkiyə hədəfi…

Vaşinqton Yunanıstan və Kiprin hərbi potensialının gücləndirilməsini açıq şəkildə dəstəkləyir. Rəsmi izah Rusiya təhlükəsidir. Lakin reallıqda ABŞ Türkiyənin müstəqil regional siyasətindən narahatdır; Ankara Vaşinqtonun Yaxın Şərq və Şərqi Aralıq dənizi planlarına tam uyğun hərəkət etmir; İsrail-Yunanıstan-Kipr xətti ABŞ üçün Türkiyəni balanslama aləti rolunu oynaya bilər. Odur ki, bu gücün gələcəkdə Ankaraya qarşı yönəldilməsi ehtimalı istisna edilmir.

Avropa dilemması: İsrail liderliyində Aralıq dənizi istənilirmi?

Bununla yanaşı, Avropanın İsrailin liderliyində formalaşan bu ittifaqa tam dəstək verəcəyi o qədər də inandırıcı deyil. Avropa İttifaqı nə Yaxın Şərqdə, nə də Şərqi Aralıq dənizində İsrailin dominant gücə çevrilməsində maraqlı deyil. Avropa üçün əsas prioritet enerji təhlükəsizliyi, miqrasiyanın idarə olunması və regionda nəzarətsiz eskalasiyanın qarşısının alınmasıdır. Bu səbəbdən Brüssel balans siyasətini qorumağa çalışacaq.

Türkiyə faktoru: cavab gecikməyəcək

Ankara baş verənlərin fərqindədir. Türkiyə Yaxın Şərqdə, Şərqi Aralıq dənizində, Şimali Afrikada öz maraqlarına uyğun çoxşaxəli və çevik strategiya həyata keçirir. Hərbi-siyasi manevr imkanları, diplomatik kanallar və regional ittifaqlar Türkiyəyə yalnız müdafiə yox, aktiv qarşılıq vermək imkanı yaradır.

Bu baxımdan İsrail-Yunanıstan-Kipr xəttinin Türkiyəni sıxışdırmaq potensialı məhduddur.
Yaxın Şərq və Şərqi Aralıq dənizi yeni qarşıdurma mərhələsinə daxil olur. İsrail-Yunanıstan-Kipr əməkdaşlığı bölgədə təhlükəsizliyi möhkəmləndirməkdən çox, geosiyasi gərginliyi artıran faktor kimi çıxış edir. Türkiyənin regional çəkisi nəzərə alınmadan qurulan istənilən ittifaq isə uzunömürlü və dayanıqlı olmayacaq.

Regionda sülh yox, balans əsas həlledici faktordur. Balans pozulduqda isə Aralıq dənizi növbəti böyük qarşıdurmanın səhnəsinə çevrilə bilər.

Mürtəza

Bənzər Xəbərlər

Dünya

Bu gün dünya katolikləri Milad bayramını qeyd edirlər

Dekabr 25, 2025
Dünya

Əlcəzairdə Fransa müstəmləkəçiliyi cinayət elan edilib

Dekabr 25, 2025
Harald Kujat
Dünya

Alman general: Sülh yolundan imtina Ukraynanın faciəsidir

Dekabr 25, 2025
Dünya

ABŞ-ın NATO-dakı nümayəndəsi: Ukraynadakı münaqişə 90 gün ərzində həll oluna bilər

Dekabr 25, 2025
Dünya

İsrail Fələstin vitse-prezidentinin Beytləhmə girişinə icazə vermədi

Dekabr 24, 2025
Dünya

BMT-də nüvə gərginliyi: İran ABŞ-ın şərtlərini qəbul etmədi

Dekabr 24, 2025

XƏBƏR LENTİ

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb

25 Dekabr, 25 / 20:50

Mir Şahin müəllimə biskvit satırdım – Röya

25 Dekabr, 25 / 20:27

Türkiyəyə qarşı səssiz cəbhə: Qüds sammitinin gizli mesajları

25 Dekabr, 25 / 20:07

Hakim olmaq istəyənlərin nəzərinə!

25 Dekabr, 25 / 19:46

Bu il beynəlxalq olimpiadalarda medal qazanan məktəblilərin sayı açıqlandı - FOTO

25 Dekabr, 25 / 19:27

AZAL qəzasının canlı şahidi: Hamımız ölə bilərdik, onlar özlərini qurban verdilər - FOTO

25 Dekabr, 25 / 19:08

Bu tarixdə qısa iş günü olacaq

25 Dekabr, 25 / 18:49

Etibarnamə dövrü SONA ÇATIR: Nə alğı-satqı, nə də sürmək üçün istifadə edilməyəcək

25 Dekabr, 25 / 18:30

Paşinyan: Tezliklə Ermənistandan Azərbaycana mallar ixrac olunacaq

25 Dekabr, 25 / 18:13

Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət edib - FOTO

25 Dekabr, 25 / 17:57
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.