Son dəqiqə
Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib
Reklam
Reklam

Vəkili Öcalana verilən yeni imkanlardan DANIŞDI

Dünya

Terrorçu lideri Abdullah Öcalanın vəkillərindən biri olan İbrahim Bilməz, İmralı Həbsxanasındakı şəraitin yaxşılaşdığını, həbsxana rəhbərliyinin münasibətində dəyişikliklər olduğunu və Öcalanın yeni imkanlar əldə etdiyini bildirib.

Cagdas.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bilməz bildirib ki, 26 ildir həbsdə olan terrorçu liderin saxlanma şəraitində nəzərəçarpacaq dərəcədə dəyişiklik olub.

Terrorçuların lideri Abdullah Öcalanın vəkili İbrahim Bilməz, Öcalanın 2019-cu ildən bəri ilk dəfə müvəkkili ilə görüşmək üçün icazə aldığını bildirib.

Bilməz Öcalana verilən yeni imkanları belə sıralayıb:

Söhbət hüququ: Öcalan artıq həbsxanada olan digər PKK məhbusları ilə əlaqə saxlaya və görüşə bilər.

Kitablar və Televiziya: Kitab oxumaq hüququ davam edərkən, bəzi televiziya kanallarına da baxmasına icazə verilir.

Görüşdən sonra Öcalanın səhhəti ilə bağlı məlumat verən vəkil Bilməz terror təşkilatı liderinin yeni prosesə inamını qoruduğunu vurğulayıb.

Bilməz: “Onun qətiyyəti və iradəsi dəyişməz olaraq qalıb. Heç nə azalmayıb. O, kürd məsələsinin demokratik həlli üçün səylərini davam etdirir.” deyə bildirib.