Son dəqiqə
Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA
Reklam
Reklam

“Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib

Cəmiyyət

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib.

Cagdas.az xəbər verir ki bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

“İnşaatçılar” metrostansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub.