Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Yol polisi sürücülərə müraciət edib

Cəmiyyət

“Yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir”.

Cagdas.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciətində deyilib.

“Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, – müraciətdə qeyd edilib.