Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Zəngəzur dəhlizini həyata keçirmək üçün şirkət yaradılacaq

Cəmiyyət

Ermənistanda “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin (Zəngəzur dəhlizi – red.) həyata keçirilməsi üçün Ermənistan–ABŞ birgə müəssisəsi — “TRIPP Company” qeydiyyata alınacaq.

Cagdas.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Siyasət Cəmiyyətində çıxışı zamanı məlumat verib.

Paşinyanın sözlərinə görə, “TRIPP Company” dəmir yolu, avtomobil yolları, neft və qaz kəmərləri, həmçinin fiber-optik kabel infrastrukturlarının inkişafı üçün zəruri hüquqları alacaq.

Baş nazir əlavə edib ki, layihənin praktiki icrası və tikinti işləri gələn il başlanacaq.

Paşinyan qeyd edib ki, “Tramp Marşrutu” layihəsi və Ermənistan–Türkiyə arasında nəqliyyat əlaqəsinin bərpası Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında fasiləsiz bağlantını təmin edən Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilə bilər.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.

Prezident Donald Trampın açıqlamasına görə, Ermənistan TRIPP layihəsi çərçivəsində ABŞ-a 99 illik eksklüziv hüquqlar verəcək. Bu hüquqlar Ermənistan qanunvericiliyi ilə fəaliyyət göstərəcək və Azərbaycan Naxçıvanla quru əlaqə yaratmağı bu marşrut üzərindən planlaşdırır.

ABŞ isə həmin əraziləri infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma icarəyə verməyi nəzərdə tutur.(Referans Media)