Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

150 məktəbə şagird sayına görə pul ayrılacaq

Cəmiyyət

2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Sənədə əsasən, strategiya dövrünün sonunadək pilot layihənin 150 məktəbdə həyata keçirilməsi planlaşdırılır.

Gələn il təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi üçün də 36,8 milyon manat proqnozlaşdırılır.

Ümumilikdə, 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 82,6 milyon manat çoxdur.