Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

2026-cı ilin dəbdə olan RƏNGLƏRİ

Cəmiyyət

Modanın qlobal istiqamətini müəyyən edən nüfuzlu beynəlxalq institutlar 2026-cı ilin rəng trendlərini açıqlayıb. 

Cagdas.az xəbər verir ki, qarşıdakı ilin əsas rəngi yumşaq ağ çalarıdır.

Bu rəngi sakitliyin və təmiz başlanğıcın simvolu kimi təqdim edir və həm geyim, həm də interyer dizaynında ən çox istifadə olunacaq tonlardan biri kimi göstərilir.

2026-cı ildə yaşılın müxtəlif çalarları, zeytun, meşə yaşılı və pastel yaşıl kimi rənglər də trenddir. Bununla yanaşı, isti torpaq tonları, o cümlədən kakao və gil rəngləri də geniş istifadə ediləcək.

2026-cı ilin palitrasında dərin bordo və bənövşəyi çalarlar da öz yerini qoruyacaq. Bu rənglər payız-qış kolleksiyaları üçün daha çox seçiləcək və zərif görünüş yaratmaq istəyənlərə tövsiyə olunur. Bahar-yay mövsümü üçün isə pastel və canlı tonların önə çıxacağı gözlənilir.

2026-cı ilin rəng trendləri ümumi olaraq sakitlik, harmoniya və minimalist zövqlə seçilən təbii çalarlara üstünlük verəcək. Bu rənglər həm geyim dizaynında, həm də məişət və dekorasiya sahəsində geniş tətbiq olunacaq.(Sfera.az )