• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.3° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qış ayları ilə bağlı əhaliyə vacib XƏBƏRDARLIQ

14 Dekabr, 25 / 13:45
A A

Tez-tez səslənən fikirlərdən biri də budur ki, “bu qış sərt keçəcək”. Maraqlıdır ki, bu cür iddiaları demək olar hər il eşidirik. Bəs əslində qış aylarının sərt, yoxsa mülayim keçəcəyini göstərən konkret əlamətlər varmı? Bu proqnozlar nəyə əsaslanır və nə dərəcədə doğrudur?

Cagdas.az xəbər verir ki, alim, ekoloq Sadiq Həsənov məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, burada bir neçə vacib məqama diqqət yetirmək lazımdır:

“Ümumiyyətlə, Azərbaycanda hava şəraitini, xüsusilə də soyuq hava proseslərini ölkəyə müxtəlif istiqamətlərdən daxil olan hava kütlələri müəyyən edir. Bu istiqamətlər əsasən üçdür. Birincisi, kontinental arktik qütb havasıdır. Bu hava kütlələri Arktika qütbündən gəlir, quru və olduqca soyuq xarakter daşıyır. Əsasən Sibir və Barens dənizi istiqamətindən Azərbaycana daxil olur və daha çox qış aylarında təsir göstərir.

İkincisi, dəniz mənşəli arktik hava kütlələridir. Bu kütlələr Qrenlandiya və Şpitsbergen istiqamətindən gəlir və əsasən mart-aprel aylarında ölkəmizə doğru yönəlir. Onlar da soyuq hava gətirən hava axınlarıdır.

Üçüncüsü isə şimal Xəzri küləkləridir. Xəzər dənizi üzərindən əsən bu küləklər də havanın soyumasında mühüm rol oynayır və soyuq hava kütlələrinin ölkəyə daxil olmasına şərait yaradır”.

Ekspert bildirib ki, Böyük Qafqaz sıra dağları şimaldan gələn soyuq hava kütlələrinin qarşısını qismən alaraq hava şəraitini müəyyən qədər normallaşdırır:

“Bu da Azərbaycanın iqliminin formalaşmasında mühüm amillərdən biridir və temperaturun kəskin şəkildə aşağı düşməsinə mane olur. Hazırkı müşahidələr göstərir ki, Azərbaycanda qışın sərt və uzunmüddətli soyuq keçəcəyini deməyə əsas verən ciddi əlamətlər yoxdur. Çünki son illər iqlim dəyişiklikləri özünü açıq şəkildə göstərir.

Fəsillərin müşahidə etdik. Dekabr və yanvar aylarında qısa müddətli soyuq hava kütlələrinin daxil olması mümkündür. Lakin bu proseslərin uzun çəkməyəcəyi və sonradan yenidən mülayim hava ilə əvəz olunacağı ehtimal edilir. Bu səbəbdən qışın tam olaraq sərt, yoxsa mülayim keçəcəyini əvvəlcədən dəqiq demək çətindir. Ancaq ümumi ehtimala görə, soyuq hava kütlələri uzunmüddətli və davamlı olmayacaq”.

“Hazırda müşahidə olunan təxminən 1,5 dərəcəlik temperatur artımı artıq bütün dünyada hava mühitini ciddi şəkildə dəyişib. Bu prosesin təsiri ilə Avropanın bir çox ölkəsində qış fəsli əvvəlki illərlə müqayisədə daha az soyuq keçir, hava şəraiti əsasən mülayim olur. Şimal qütbündən və Arktika bölgəsindən daxil olan hava kütlələrinin artıq əvvəlki kimi sərt xarakter daşımaması onu göstərir ki, Azərbaycanda da hava şəraiti yalnız qısa müddətli soyuq epizodlarla müşahidə oluna bilər. Bu qısa soyuq dövrlərdən sonra isə yenidən mülayimləşmə mərhələsi başlayacaq”, – deyə S.Həsənov vurğulayıb.

Həmçinin, o, əlavə edib ki, iqlimdə baş verən kəskin dəyişikliklər fonunda tam dəqiq və uzunmüddətli proqnoz vermək mümkün deyil:

“Çünki temperatur artımı davam edir, qlobal istiləşmə prosesi güclənir və bu hal həm Arktika, həm də Antarktika – yəni Cənub qütbü ərazilərində hava mühitində ciddi dəyişikliklərə səbəb olur. Buzlaqların əriməsi, soyuq hava kütlələrinin əvvəlki intensivliklə formalaşmaması müşahidə olunur ki, bu da ümumi hava mühitinin daha mülayim keçməsinə gətirib çıxarır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

İyun 15, 2026
Cəmiyyət

Azərbaycanın taleyini dəyişən 33 illik qərar: Dəhşətli plana Heydər Əliyev son qoydu

 

İyun 15, 2026
Cəmiyyət

Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

İyun 15, 2026
BAKU CITY AZERBAIJAN ; Shutterstock ID 1258965919; NP: Congress News
Cəmiyyət

Azərbaycanın taleyinin dəyişdiyi gün – Ölkə belə xilas edildi

İyun 15, 2026
Cəmiyyət

Azərbaycanda Milli Qurtuluş Günüdür

İyun 15, 2026
Cəmiyyət

Bu yazını ürək xəstələri oxusun

İyun 14, 2026

XƏBƏR LENTİ

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

15 İyun, 26 / 14:07

Dünyanın gözü 19 iyunda: Neft və qızıl üçün kritik tarix - Qiymətlərdə şok eniş başladı

15 İyun, 26 / 13:53

Duzun saxta olduğunu öyrənməyin asan yolu

15 İyun, 26 / 13:49

Azərbaycanın taleyini dəyişən 33 illik qərar: Dəhşətli plana Heydər Əliyev son qoydu

 

15 İyun, 26 / 13:38

NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək

15 İyun, 26 / 13:23

İranın XİN rəhbərinin müavini ABŞ ilə razılaşmanı təsdiqləyib

15 İyun, 26 / 13:09

Azərbaycandakı investisiya şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi - 01.01.2026

15 İyun, 26 / 12:55

Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

15 İyun, 26 / 12:40

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

15 İyun, 26 / 12:26

Azərbaycandakı investisiya şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)

15 İyun, 26 / 12:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.