Son dəqiqə

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəmiyyət

Prezident İlham Əliyevin göstərişlərinə əsasən işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə qayıdışı davam edir.

Cagdas.az xəbər verir ki, bu çərçivədə Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç həyata keçirilib. Belə ki, kəndə 21 ailə, ümumilikdə 79 nəfər sakin yerləşdirilib.

Doğma yurdlarına qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Köç edən sakinlər dövlət tərəfindən yaradılan şərait və göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar torpaqlarımızın azad olunmasında misilsiz rol oynayan Azərbaycan Ordusunun qəhrəman hərbçilərinə təşəkkür edib, Vətən uğrunda şəhid olanlara rəhmət diləyiblər.