Son dəqiqə

Əhali statistikasında kritik göstəricilər: Doğum və ölüm balansı dəyişir

Cəmiyyət

2025-ci ilin əvvəlinə ölkə əhalisi 32 min 109 nəfər və ya 0.3 faiz artaraq noyabrın 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatıb. Statistikaya görə, əhalinin 54.4 faizi şəhərlərdə, 45.6 faizi isə kəndlərdə yaşayır. Kişilər əhalinin 49.8 faizini, qadınlar isə 50.2 faizini təşkil edir.

Cagdas.az bildirir ki, yanvar-oktyabr aylarında əhalinin təbii artımı ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 282 nəfər azalıb. Hər 1 000 nəfərə düşən təbii artım 2024-cü ildə 4.3 ikən, 2025-ci ildə 3.7-yə enib.

Hesabat dövründə ölkədə 80 min 802 körpə dünyaya gəlib ki, bu da əvvəlki ilə nisbətən 5 min 472 nəfər azdır. Doğum səviyyəsi hər 1 000 nəfərə görə 10.1-dən 9.5-ə düşüb. Körpələrin 53.1 faizi oğlan, 46.9 faizi isə qız olub. Doğulanlardan 2 min 714-ü əkiz, 81-i isə üçəm olub.

Eyni zamanda, ölkədə ölənlərin sayı artaraq 49 min 846 nəfərə çatıb. Ölüm səviyyəsi hər 1 000 nəfərə görə isə 5.8 olaraq qalıb.

Yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 40 min 739 nikah və 17 min 254 boşanma halını qeydə alıb. Ötən ilə nisbətən hər 1 000 nəfərə düşən nikah sayı 4.9-dan 4.8-ə, boşanma sayı isə 2.1-dən 2.0-a enib.