• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.1° Weather Columbus
$
1.7
€
1.9916
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

“Cəhənnəm” tapıldı – FOTO

17 Dekabr, 25 / 21:07
A A

ABŞ astronomları “James Webb” teleskopu vasitəsilə mövcudluğu mümkün sayılmayan uzaq bir ekzoplanet aşkarlayıb.

Cagdas.az xəbər verir ki, bu barədə “Interestingengineering” məlumat yayıb.

“Cəhənnəm planeti”nin kainatın digər yerlərində indiyədək müşahidə olunmayan bəzi xüsusiyyətləri astronomları təəccübləndirib. Kəşf yarana və təkamül edə bilən planetlərin növləri haqqında anlayışımızı dəyişdirə bilər.

PSR J2322-2650b adlı planet kütləsinə görə təxminən Yupiterə bərabərdir, amma tipik qaz nəhənginə az bənzəyir. Neytron ulduzunun (pulsar) ətrafında son dərəcə yaxın məsafədə dövr edir və güclü radiasiya və cazibə qüvvəsinə məruz qalır. Bu qüvvələr planetin formasını deformasiyaya uğradaraq ona limonu xatırladan bir görkəm verir.

Amma alimləri heyrətləndirən onun atmosferidir. Su buxarı və ya metan kimi adi birləşmələr əvəzinə “James Webb” orada digər planetlərdə əvvəllər görünməmiş ekzotik kimyəvi quruluş olan helium və karbon qarışığı aşkar edib.

Kəşf daha mühüm bir sual doğurur: belə bir planet necə yaranıb?

“Bu qədər karbonla zəngin tərkibin necə əmələ gəldiyini təsəvvür etmək çox çətindir. Bu, məlum olan bütün formalaşma mexanizmlərini istisna edirmiş kimi görünür”, – Çikaqo Universitetindən, tədqiqatın rəhbəri Maykl Çan deyib.

Sistem neytron ulduzunun daha kiçik pulsardan tədricən maddə çəkib aldığı nadir “qara dul” cütlüklərini xatırladır. Amma bu izah da inandırıcı deyil.

“Bu planet adi şəkildə formalaşıb? Xeyr, çünki tərkibi tamamilə fərqlidir. Bəs o, adi “qara dul” sistemlərində olduğu kimi, ulduzun xarici qabğının soyulması nəticəsində yaranıb? Yəqin ki, yox, çünki nüvə fizikası saf karbon yaratmır”, – Çan vurğulayıb.

Stenford Universitetindən Rocer Romani isə burada qeyri-adi bir prosesin baş verə biləcəyini irəli sürür: “Saf karbon kristalları səthə qalxır və heliumla qarışır. Amma sonra oksigen və azotun nüfuz etməsinin qarşısını alan hansısa mexanizm işə düşməlidir”.

Hələlik planet kosmik sirr olaraq qalır. (Teleqraf)

Bənzər Xəbərlər

Maraqlı

Dünyanın ən isti 50 şəhəri: Hamısı eyni ölkədə yerləşir – FOTO

May 14, 2026
Maraqlı

Duşdakı duruşunuz sizin haqqınızda ipuclar verir! – Əgər kürəyiniz çevrilibsə…

May 13, 2026
Maraqlı

Həyatı əbədi dəyişəcək 4 BÜRC

May 13, 2026
Maraqlı

Arıqlamaq üçün gündə neçə addım atmaq lazımdır?

May 13, 2026
Maraqlı

Bu tarixlərdə doğulanlar israfçı olur – RƏQƏMLƏR

May 13, 2026
Maraqlı

Mavi Ay müşahidə olunacaq

May 13, 2026

XƏBƏR LENTİ

Körfəzdə gizli savaş? – Səudiyyə Ərəbistanı ilə bağlı şok iddia

14 May, 26 / 19:28

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib

14 May, 26 / 19:22

Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ

14 May, 26 / 19:12

İran Çin gəmilərinin Hörmüz boğazından keçidini sürətləndirir

14 May, 26 / 19:05

Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq – Bu aydan etibarən

14 May, 26 / 18:58

ŞOK: Separatçılar təşvişdə – Bakı Vardanyanı bu ölkəyə təhvil verəcək

14 May, 26 / 18:44

Bazarlardakı bu əti almayın – XƏBƏRDARLIQ

14 May, 26 / 18:34

Trampın Çin səfəri fonunda Pekindən diqqətçəkən AÇIQLAMA

14 May, 26 / 18:18

Kiyev məhkəməsi Yermakı 60 gün həbs cəzasına məhkum etdi

14 May, 26 / 18:02

Binəqədi, Xırdalan və Masazıra metro buna görə ÇƏKİLMİRMİŞ

14 May, 26 / 17:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.