Culfa rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.
Cagdas.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ordubad rayonunu mavi yanacaqla təmin edən 219 millimetrlik yüksəktəzyiqli qaz xəttində qeydə alınıb. Hadisə nəticəsində Ordubadda 8 minə yaxın abonentin qaz təchizatı dayanıb.
Hazırda bərpa işləri aparılır. Qəza zamanı xəsarət alan yoxdur./Azərtac/










