• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4° Weather Columbus
$
1.7
€
1.9924
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“İçərişəhər” metrosunda qatarlar daha tez gələcək:yeni dönmə tuneli tikilir

22 Dekabr, 25 / 18:00
A A

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində növbəti mühüm infrastruktur layihəsinin icrasına başlanılır.

 

AZCON Holding şirkətlərindən  olan “Bakı Metropoliteni” QSC xətlərin ayrılması layihəsinin tədbirlərindən biri kimi “İçərişəhər” stansiyasının arxasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verir.Tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaq və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini ən yüksək həddə çatdırmaqdır. 

Cagdas.az-a Bakı Metropolitenində verilən məlumata görə, mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda “İçərişəhər” stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edəcək.
Bununla həm də arxadan gələn qatarların hərəkətinə maneələr və intervalın azaldılmasına təhlükəsizlik səbəbi ilə maneə olan bufer zonası ləğv ediləcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.

Beləliklə, dönmə kamerasının inşası nəticəsində:
Qırmızı xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək; Sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılacaq; Pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq; Qatarların gecələməsi və gecə işləri üçün əlverişli şərait yaradılacaq; Texniki nasazlıq yarandıqda qatarlar xətdən operativ çıxarılacaq.
Qeyd edək ki, dönmə kamerası sərnişinlərin metroya daxil olması üçün alternativ giriş yaratmayacaq. O, sırf texniki məqsədləri – qatarların sürətli manevrlərini və parklanmasını təmin edəcək.

Layihə şəhərsalma prinsipləri və ekomühitin yaradılması baxımından da paytaxt üçün mühüm əhəmiyyət daşıyır.

Hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək; Yeraltı hissəsində 200-dən çox avtomobil üçün çoxmərtəbəli parkinq inşa olunacaq; Ən aşağı səviyyəsində qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur qurulacaq.
Tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq.
“İçərişəhər” stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

Dekabr 22, 2025
Cəmiyyət

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

Dekabr 22, 2025
Cəmiyyət

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Dekabr 22, 2025
Cəmiyyət

Azərbaycanda xəbər səhifələrinə hücum edən kimlərdir? – Müəmma

Dekabr 22, 2025

XƏBƏR LENTİ

Gəlin “zərgərlik mağazası”na çevrildi – Bərzani ailəsi ilə qohum oldular – VİDEO

22 Dekabr, 25 / 22:01

“Toylarda aş gətirən rəqqasə olmuşam”

22 Dekabr, 25 / 21:30

Vanqa rus ulduzla qohum imiş…

22 Dekabr, 25 / 20:50

Xankəndiyə getməyən Xatirə Moskvaya getdi – FOTOlar

22 Dekabr, 25 / 20:29

Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ

22 Dekabr, 25 / 20:10

Media savadlılığı həm peşəkar jurnalistlərin, həm də auditoriyanın ortaq məsuliyyətidir - Əhməd İsmayılov

22 Dekabr, 25 / 19:53

Ceyhun Bayramov Vladanka Andreyevanı qəbul etdi

22 Dekabr, 25 / 19:37

Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edildi

22 Dekabr, 25 / 19:16

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

22 Dekabr, 25 / 19:01

Nadir Qafarzadənin ikinci nəvəsi doğulacaq

22 Dekabr, 25 / 18:43
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.