Son dəqiqə

Bakıda yeni park açılır: Burada tikinti etmək istəyirdilər – FOTO

Cəmiyyət

Nizami rayonunda yeni park salınıb.

Cagdas.az-ın məlumatına görə, söhbət Elşən Süleymanov küçəsi, 220 saylı məktəbin yanından gedir.

2 il əvvəl həmin yaşıllıq sahədə tikinti işləri aparmaq istəyiblər. Sakinlərin narazılığı nəzərə alınıb, ardınca isə tikinti dayandırılıb. 2 il sonra Nizami Rayon İcra Hakimiyyəti həmin sahədə park salıb.

Bu gün parkın açılışı gözlənilir. Məlumatı həmin ərazidə yaşayan və burada park salınması üçün çalışan sakin “Bakı Gündəliyi” sosial şəbəkə səhifəsinə verib.(ölkə.az)