Ziraat Türkiyə Kuboku C qrupunun ilk matçında Beşiktaş səfərdə Fənərbaxçanı 2-1 hesabı ilə məğlub edib. Qolları Vaclav Çerny vurub.
Cagdas.az xəbər verir ki, “Çobanı” Stadionunda keçirilən oyuna yaxşı başlayan Fənərbaxça 33-cü dəqiqədə Çernyin qolu ilə 1-0 geri düşüb. Bu qoldan sonra Fənərbaxça daha çox hücum edib və 43-cü dəqiqədə Marko Asensionun penalti zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.
Matçın əlavə dəqiqələrində, 90+1-ci dəqiqədə, Çerny Beşiktaş üçün ikinci qolu vuraraq, Beşiktaşın 2-1 hesablı qələbəsini təmin edib.















