• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2.2° Weather Columbus
$
1.7
€
2.0045
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ…

24 Dekabr, 25 / 11:33
A A

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə paytaxtın Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.

Cagdas.az bildirir ki Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto  Prezidentin 6 saylı orta məktəbdə təshil aldığı dövrü əks etdirir.
Fotonu saytımıza İlham Əliyevin sinif yoldaşı olmuş Rauf Həsənli təqdim edib.

Onun sözlərinə görə, 1967-ci ilin 1 sentyabrında çalınan ilk zəngdən 15 iyun 1977-ci ildə səslənən son zəngə qədər İlham Əliyevlə bir sinifdə oxuyib

Bu şəkil də 1977-ci ildə orta məktəbin sonuncu sinfində çəkilib.

“Bizim sinif məktəbdə ən böyük sinif idi. 45 şagird var idi”, – R.Həsənli həmin illəri xatırlayarkən deyib.

“Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, çox sevindi ki, oğlunun sinif yoldaşları onun evinə qonaq gəliblər. Həmin gün Ümummili lider Heydər Əliyev özü də ad gününə gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. “İşlərim var” deyib getdi, yəni bizə sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq”, – R.Həsənli bildirib.

Sinif yoldaşının sözlərinə görə, İlham Əliyev orta məktəbdə oxuyarkən bütün dərslərdə özünü çox aktiv aparırdı. Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanından qaçmırdı: “Tarix və ədəbiyyat, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi”.

R.Həsənli müşahidələrinə əsasən bildirib ki, İlham Əliyev orta məktəb illərindəki kimi qayğıkeş və təvazökar insan olaraq qalıb: “Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı müsbət cəhətləri bu günə qədər saxlaya bilib. O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və siyasətçiyə məxsus olan digər xasiyyət keyfiyyətləri”.

“Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. O zaman İlham Əliyevin ad günündə onun pianosunu da gördük. O, pianoda da ifa edə bilirdi. Bir sözlə, İlham Əliyev hərtərəfli insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi Prezidentimiz var”.

Bənzər Xəbərlər

Gündəm

Prezidentin ad günündən ailə - FOTOSU

Dekabr 24, 2025
Cəmiyyət

Müəllimlərə VACİB XƏBƏR: Attestasiya imtahanı ləğv oluna, yeni sistem yaradıla bilər...

Dekabr 24, 2025
Cəmiyyət

Taksilərlə bağlı YENİLİK - GƏLƏN İLDƏN...

Dekabr 24, 2025
Cəmiyyət

Bu vəzifələrə yeni TƏYİNATLAR OLUB - FOTO

Dekabr 24, 2025
Cəmiyyət

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Dekabr 24, 2025
Dünya

Zelenski 20 maddəlik sülh planını AÇIQLADI

Dekabr 24, 2025

XƏBƏR LENTİ

Məşhur müğənni QƏZA KEÇİRDİ

24 Dekabr, 25 / 23:59

“Bu mənim ən böyük arzum olub”

24 Dekabr, 25 / 23:38

Lalə Azərtaş evini nümayiş etdirdi – VİDEO

24 Dekabr, 25 / 23:17

İsrail Fələstin vitse-prezidentinin Beytləhmə girişinə icazə vermədi

24 Dekabr, 25 / 22:52

Prezidentin ad günündən ailə - FOTOSU

24 Dekabr, 25 / 22:36

Hörümçək niyə evə gəlir? Bunlara diqqət etsəniz…

24 Dekabr, 25 / 22:31

BMT-də nüvə gərginliyi: İran ABŞ-ın şərtlərini qəbul etmədi

24 Dekabr, 25 / 22:13

Fənərbaxçanın prezidenti Sadettin Saran SAXLANILDI

24 Dekabr, 25 / 21:56

Medvedev: Təxminən 417 min rusiyalı hərbi xidmət üçün müqavilə imzalayıb

24 Dekabr, 25 / 21:31

Çin Bohay dənizində 100 milyon tonluq neft ehtiyatı aşkarlayıb

24 Dekabr, 25 / 21:12
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.