Son dəqiqə

Azərbaycanla bu ölkə arasında viza rejiminin qismən ləğvi təsdiqləndi

Siyasət

Azərbaycan ilə Uqanda arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad ediləcək.

Cagdas.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” ilk oxunuşda təsdiq edilib./Modern.az/