• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Avropanın çarəsizliyi: Rusiyaya “öpücük”, ABŞ-a “namus”

19 Yanvar, 26 / 14:08
A A

Dünya sürətlə dəyişir və bu dəyişiklik qaçılmaz idi. Artıq heç kim köhnə qanun və qaydalarla idarə olunmaq istəmir; bu, böyük dövlətlərə də, kiçik dövlətlərə də eyni dərəcədə aiddir. Əslində, 44 günlük müharibə təkcə müasir döyüş metodlarının ilk qığılcımı deyil, həm də yeni beynəlxalq münasibətlər sisteminin yaranacağına dair ciddi bir işarə idi. Müharibə bitəndən dərhal sonra yazırdım ki, hər şey dəyişəcək: böyük müharibələr qapıdadır, dövlətlər artıq nəhəng təşkilatlar şəklində yox, daha çevik, kiçik qruplar halında hərəkət edəcək. Hesab edirəm ki, yeni dünya düzənində tərəflər hələ tam formalaşmayıb. 2020-21-ci illərdə qeyd etdiyim kimi, artıq “balanslı siyasət” yürütməklə qorunmaq mümkün olmayacaq.

Rusiyanın Ukraynaya təcavüzü ilə proseslər daha çılpaq və amansız xarakter almağa başladı. Donald Trampın hakimiyyətə gəlişi isə pərdəarxası gedən oyunları açıq müstəviyə keçirdi. Tramp ilk addımlarında Qrenlandiya, Kanada və Panamanı hədəf taxtasına qoydu. ABŞ mətbuatı bu ambisiyaları “nəhayət”, “axır ki” kimi başlıqlarla tirajladı. Maraqlıdır ki, Trampın gəlişindən sonra Ukrayna işğalına görə dünyanın hədəfində olan Putin sanki arxa plana keçdi; Tramp baş verənlərin bütün məsuliyyətini Bayden administrasiyasının üzərinə yüklədi.

Rusiyada bəzi politoloqlar postsovet ölkələrinə həmişə “dırnaqarası” baxıblar. İndi isə onlar sanki yarışa girərək bu ölkələrin müstəqilliyini açıq şəkildə sorğulayırlar. Əlbəttə, bu iddialar absurddur, lakin məsələ bizim nə deməyimiz deyil, dünyanın hansı təhlükəli yola girməsidir. Məsələn, ABŞ-ın Venesuela prezidentinə qarşı apardığı əməliyyat və onun oğurlanaraq aparılmasına, məhkəmə qarşısına çıxarmasına cavab olaraq, digər regionlarda oxşar ssenarilər hazırlanır. Dünənə qədər Tayvanı hərbi yolla necə tutmağı planlayan Çin, bu gün artıq Tayvan rəhbərliyini “oğurlamaq” məşqləri edir. ABŞ faktiki olaraq Qrenlandiyanı ilhaq etməyə hazırlaşır, Avropa isə çətin seçim qarşısındadır: ya mübarizə aparmalı, ya da mumlamalıdır. Tramp o dərəcədə ciddidir ki, müqavimət göstərən ölkələrə qarşı gömrük rüsumlarını artırır. Ən paradoksal məqam isə odur ki, bu ölkələrin çoxunda ABŞ hərbi bazaları mövcuddur. Onlar bu bazaları çıxarsalar, Rusiya təhdidi ilə üz-üzə qalacaqlar. Almaniyanın gah Rusiyanı təhdid görüb, gah da “Rusiya əslində Avropa ölkəsidir, onunla dil tapmalıyıq” deməsi məhz bu çarəsizliyin əlamətidir. Deyir, çirkini öpməyiblər, özünü namuslu sayıb. Eynən Avropa İttifaqı kimi. Bir tərəfdən Rusiya “öpür”, bir tərəfdən ABŞ “namusun korlayır”. İndi təhlükəsizlik, müdafiə, təhdidə qarşı müqavimət yadlarına düşüb.

Azərbaycan Prezidentinin son müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə birgə hərbi təlimlər keçirməyi təklif etməsi təsadüfi deyil. Rusiyadan gələn son “çağırışlar” fonunda bu bəyanatın mahiyyəti daha aydın görünür. Faktiki olaraq, şimaldan gələn təhdidlər Türkiyə istisna olmaqla, demək olar ki, bütün TDT üzvlərini hədəf alır.
Azərbaycanda bir çoxları elə hesab edir ki, Şuşa Bəyannaməsi təhlükəsizliyimiz üçün mütləq qarantiyadır. Lakin indiki geosiyasi reallıqlar fonunda bu, bir qədər mübahisəlidir. Bəyannamənin mətni NATO-nun 5-ci maddəsi kimi praktiki və operativ deyil. Tərəflərin müzakirə aparması və BMT nizamnaməsinə uyğun addım atması nəzərdə tutulur ki, bu da hadisələrin indiki sürəti ilə müqayisədə çox ləng mexanizmdir. Hesab edirəm ki, bu istiqamətdə daha kəskin və praktiki addımlara ehtiyac var.

Niyə Türkiyənin təkbaşına zəmanəti yetərli olmaya bilər? Çünki biz Türkiyənin strateji prioritetini dəqiq anlamalıyıq: bu, Yaxın Şərqdir, yoxsa Cənubi Qafqaz? Türkiyə Yaxın Şərqdə əsas oyunçulardan biridir, lakin Orta Asiya və Cənubi Qafqazda eyni gücü qoruya biləcəyi müzakirə mövzusudur. Hətta Türkiyənin özü, NATO üzvü olmasına rəğmən, Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq imkanlarını araşdırır, danışıqlar aparır. Bu o deməkdir ki, biz təhlükəsizliyimizə dar çərçivədən yox, daha geniş pəncərədən baxmalıyıq. Bəlkə də böyük güclər (ABŞ, Rusiya, Çin) Cənubi Qafqazla bağlı gizli bir anlaşmaya varacaqlar, uzalaşacaqlar və təhlükə bizdən yan keçəcək. Amma indiki dünyada heç nəyə 100 faiz zəmanət yoxdur.

Hesab edirəm ki, gələcəkdə böyük dövlətlərin veto hüququ ilə iflic olmuş BMT kimi strukturların yerini, konkret hərbi-iqtisadi maraqları olan çevik koalisiyalar tutacaq.

Səxavət Məmməd

Bənzər Xəbərlər

Cəmiyyət

Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən…

İyul 2, 2026
Cəmiyyət

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

İyul 2, 2026
Cəmiyyət

“Haber Global” İlham Əliyevlə Ursula Fon der Lyayenin görüşü barədə süjet hazırlayıb

İyul 2, 2026
Manşet

Prezident Luiza Arbura məktub ünvanladı

İyul 1, 2026
Cəmiyyət

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

İyul 1, 2026
Manşet

Dövlət başçısı İlham Əliyev Somali Prezidentinə təbrik ünvanlayıb

İyul 1, 2026

XƏBƏR LENTİ

120 il yaşamaq üçün nə edək?

02 İyul, 26 / 23:53

Yaşlanmanın insan orqanizminə təsirinin əsas SƏBƏBİ

02 İyul, 26 / 23:43

​Bu iki ölkə yer üzündən silinə bilər

02 İyul, 26 / 23:26

Gənclərin ən çox və ən az yaşadığı rayonlar – TAM SİYAHI

02 İyul, 26 / 23:14

Dünyanın ən güclü 10 pasportu – SİYAHI

02 İyul, 26 / 23:00

Məşhur yay meyvəsi Avropada 70 manata satılır? – Bahalaşma dalğası bizə də yaxınlaşır

02 İyul, 26 / 22:47

Qurban Qurbanov “Qarabağ”ın məğlubiyyətlərindən danışdı

02 İyul, 26 / 22:33

Bağçalara elektron qəbula başlanılır

02 İyul, 26 / 22:19
Central Intelligence Agency (CIA) Director John Ratcliffe speaks during a press conference with U.S. President Donald Trump (not pictured) in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci

ABŞ kəşfiyyatından qorxudan AÇIQLAMA: Süni intellekt nüvə silahı qədər təhlükəlidir

02 İyul, 26 / 22:07

Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb

02 İyul, 26 / 21:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.