Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilir.

“Cagdas.Az” bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında qurum illik inflyasiyanın 2026-cı ildə isə 5,7 % olacağını açıqlamışdı.

“Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 % təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 %, ödənişli xidmətlər üzrə 5,7 %, qeyri-qida məhsulları üzrə isə 2,5 % artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4,8 % təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərindən təsirlənir. Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır”, – deyə AMB bəyan edib.