Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

İyundan bağlamaları yeni qaydada bəyan etməliyik – XƏBƏRDARLIQ

İqtisadiyyat

Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq.

Cagdas.Az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “Smart customs” saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara xəbərdarlıq bildirişi göndərilib.

Belə ki, əvvəllər şəxsiyyət vəsiqəsinin FİN kodu ilə sayta və tətbiqə daxil olmaq mümkün idisə, artıq bunun üçün identifikasiya nömrəsi yetərli deyil:

“2026-cı il 1 iyun tarixindən identifikasiya nömrəsi (FİN və parol) ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olduqda “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Bu xidmətdən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq. Qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün “Asanİmza” və ya “SİMA” elektron imzasını əvvəlcədən əldə etməyiniz tövsiyə olunur”.