• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.7° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Fransa parlamentinin növbəti anti-Azərbaycan QƏTNAMƏSİ

04 Fevral, 26 / 17:10
A A

Fransa Milli Assambleyasının separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi “sənəd” Parisin Cənubi Qafqazda sülh siyasətinə qarşı olduğunu bir daha nümayiş etdirib

Fransa Milli Assambleyası növbəti dəfə anti-Azərbaycan qətnamə qəbul edib.

Cagdas.Az xəbər verir ki, bu barədə Fransa parlamentinin aşağı palatasının saytında məlumat verilib.

Qətnamənin lehinə 183 üzv səs verib, əleyhinə isə səs verən olmayıb. Qətnaməni Fransa-Ermənistan Dostluq Qrupu adından Parlament üzvü Loran Vaukiez təqdim edib və bir sıra parlamentarilər dəstəkləyib.

Fransa Milli Assambleyasının Azərbaycan tərəfindən saxlanılan keçmiş separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi qətnamə Parisin Cənubi Qafqazda sülh siyasətinə qarşı olduğunu bir daha nümayiş etdirib. Qeyd edək ki, qətnamənin yekdilliklə qəbul edilməsi isə bu mövqenin təsadüfi deyil, sistemli və siyasi sifariş xarakteri daşıdığını göstərir.

Sənəddə Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün və milli qanunvericiliyinin tam şəkildə ignor edilməsi xüsusilə diqqət çəkir. Azərbaycanın məhkəmə orqanları tərəfindən müharibə cinayətləri, separatçılıq, terror fəaliyyəti və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər “erməni əsirləri” kimi təqdim olunur. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin daxili işlərinə qarışmamaq və məhkəmə müstəqilliyinə hörmət prinsiplərinə ziddir.

Fransa parlamentinin “Artsax” terminindən istifadə etməsi də siyasi manipulyasiyanın açıq göstəricisidir. Beynəlxalq hüquqda mövcud olmayan, BMT tərəfindən tanınmayan bu ifadənin rəsmi sənəddə yer alması Parisin Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq şübhə altına aldığını göstərir. Eyni zamanda, “öz müqəddəratını təyin etmə” tezisinin selektiv şəkildə qabardılması Fransanın digər regionlarda – o cümlədən Korsika, Yeni Kaledoniya və Fransa müstəmləkə irsindəki oxşar məsələlərdə tam fərqli mövqe sərgiləməsi ilə açıq ziddiyyət təşkil edir.

Qətnamədə Azərbaycanın guya “erməni mədəni və dini irsini sistemli şəkildə məhv etməsi” iddiaları irəli sürülür, lakin bu ittihamları təsdiqləyən hər hansı müstəqil beynəlxalq mexanizmə və ya hüquqi sübuta istinad edilmir. Bunun əksinə olaraq, Azərbaycan illərdir beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək azad edilmiş ərazilərdə mədəni irsin qorunması və bərpası prosesini həyata keçirir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Fransa 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntılar, mədəni soyqırımı və etnik təmizləmə faktları ilə bağlı heç vaxt bu cür “həssaslıq” nümayiş etdirməyib. Bu isə Parisin mövqeyinin humanitar deyil, açıq siyasi və daxili auditoriyaya hesablanmış olduğunu göstərir.

Nəticə etibarilə, Fransa Milli Assambleyasının qəbul etdiyi bu qətnamə sülh prosesinə töhfə vermək əvəzinə, regionda gərginliyi artıran, Ermənistan daxilində revanşist dairələri ruhlandıran və Azərbaycanın legitim hüquqi addımlarını gözdən salmağa yönəlmiş qərəzli sənəd kimi qiymətləndirilməlidir./Musavat.com

Teqlər: Anti-AzərbaycanFransa ParlamentiQətnamə

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov Ünal Üstellə görüşdü

İyun 13, 2026
Manşet

ABŞ-nin Bakıya göndərmək istədiyi səfir erməni çıxdı

İyun 7, 2026
Manşet

Küveyt Əmiri İlham Əliyevi təbrik edib

İyun 5, 2026
Manşet

Əli Əsədov və Denis Şmiqalı ilə görüşüb

İyun 2, 2026
Siyasət

ABŞ dövlət katibinin köməkçisi Bakıda Şəhidlər xiyabanını ziyarət edib

İyun 2, 2026
Siyasət

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – Tarixi qərar gözlənilir

İyun 2, 2026

XƏBƏR LENTİ

Dünyanın yaş xəritəsi: hansı ölkələr qocalır, hansılar gənc qalır?

13 İyun, 26 / 22:27

Qiyməti 2 manatdır, amma 8 manata satılır… – Bakıda “gül kimi” söhbət

13 İyun, 26 / 21:50

Prezident “artmır” dedi, Ağdaşda hazırlıq başladı: Ölkə üçün mühüm tapşırıq

13 İyun, 26 / 19:49

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

13 İyun, 26 / 19:32

Kəndlərlə bağlı möhtəşəm plan: 3 istiqamətdə yenilik olcaq – Proses sürətləndirilir

13 İyun, 26 / 19:16

Əli Əsədov Ünal Üstellə görüşdü

13 İyun, 26 / 18:58

Məktəblərdə yenilik olacaq – RƏSMİ

13 İyun, 26 / 18:44

Sabah Bakıda və Abşeronda yağış yağacaq

13 İyun, 26 / 18:23

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər – Yeni sistem

13 İyun, 26 / 18:01

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

13 İyun, 26 / 17:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.