Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

ABŞ-İran münaqişəsi ilə bağlı narahatlıqların azalmasından sonra neft ucuzlaşıb

İqtisadiyyat

ABŞ və İran arasında Yaxın Şərqdə potensial münaqişə ilə bağlı narahatlıqların azalmasından sonra neft qiymətləri bazar ertəsi günü erkən ticarətdə 1%-dən çox ucuzlaşıb.

“Cagdas.Az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Brent markalı xam neftin fyuçersləri, 89 sent və ya 1,31% azalaraq barel üçün 67,16 dollara enib.

ABŞ-ın Qərbi Texas Aralıq nefti (WTI) xam neftinin qiyməti 79 sent (-1,24%) azalaraq barel üçün 62,76 dollara düşüb.

Analitiklər hesab edirlər ki, bu, İranın yüksək vəzifəli diplomatının ötən cümə günü Omanın vasitəçiliyi ilə ABŞ ilə nüvə danışıqlarının “yaxşı başlanğıc etdiyini” və davam edəcəyini bildirməsi ilə bağlıdır./Report/