Nəriman Azundzadə növbəti 3 gün ərzində Azərbaycanı tərk edəcək.
Millimizin hücumçu bu zaman aralığında ABŞ-yə yollanacaq.
«Qarabağ»dan aldığımız məlumata görə, hücumçunuin «Kolambus Kru»ya keçid şərtləri razılaşdırılıb. Sadəcə, bəzi texniki və sənədləşmə prosesi qalıb, onun da qısa müddətdə aradan qalxması gözlənilir.
22 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.
“Xəzər Lənkəran”ın yetirməsinin 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc əldə edəcək./Sportinfo/














