Son dəqiqə

Yaponiyanın Azərbaycandakı səfirliyi FƏALİYYƏTİNİ DAYANDIRDI

Siyasət

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə Səfirliyin saytında məlumat yayılıb.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, – səfirlik qeyd edib.