Son dəqiqə

İlham Əliyev Qazaxıstan Prezidentinə təşəkkür etdi

Manşet

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib:

“İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.