• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda körpə ölümlərinin sayı artıb: NİYƏ?

09 Mart, 26 / 12:14
A A

Son zamanlar cəmiyyətdə narahatlıq yaradan əsas məsələlərdən biri körpə ölümlərinin artmasıdır.

Bir sıra körpələr anadan olandan bir neçə ay sonra ölürlər. Bəzən isə heç doğulmurlar, yəni ana bətnindəki döl tələf olur.

Bugünlərdə Abşeron rayonunda ikigünlük körpə həyatını itirib. Goranboyda isə peyvənd vurulan körpə vəfat edib, eləcə də Zərdabda 5 günlük körpə dünyasını dəyişib.

Məhz statistik göstəricilər də bunu təsdiqləyir.Belə ki, 2025-ci ilin 10 ayında ölkədə 80 802 körpə doğulub, amma 49 846 körpə ölüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 10,1-dən 9,5-ə enib. Bu rəqəmlər körpə sağlığı və doğum göstəricilərində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Son vaxtlar Azərbaycanda körpə ölümləri niyə artıb?

Çağdaş.Az xəbər verir ki ,mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, körpə ölümlərinin artmasının bir sıra səbəblər var:

“Körpə ölümləri dedikdə əsasən 1 yaşa qədər olan uşaqların ölümü nəzərdə tutulur. Hətta bəzi hallarda 18 aya qədər baş verən ölümlər də neonatal və erkən uşaq dövrü ilə bağlı ölümlər kimi qiymətləndirilir.

Uşaq dünyaya gəldikdən sonrakı ilk dövrlərdə hələ tam formalaşma mərhələsində olur və bu səbəbdən həmin dövrdə baş verən ölümləri ümumi şəkildə bir kateqoriyada qiymətləndirmək düzgün hesab olunmur.

Bu səbəbdən körpə ölümləri ayrı-ayrı yaş intervalı üzrə araşdırılmalı və hər bir ölümün birbaşa səbəbi müəyyən edilməlidir. Hər bir hadisə ayrıca təhlil edilməli, daha sonra isə ümumi nəticələr çıxarılmalıdır”.

Onun sözlərinə görə, bəzən körpə vaxtında vaksin olunmur və adi bir infeksiyadan həyatını itirə bilir:

“Digər hallarda qidalanmanın yetərli olmaması körpənin sağlamlığına mənfi təsir göstərir və ölümə səbəb ola bilər. Hətta bəzi hallarda körpənin üzüaşağı vəziyyətdə yatması belə boğulma riskini artıraraq faciə ilə nəticələnə bilir.

Bütün bunlar göstərir ki, hər bir körpə ölümü ayrıca araşdırılmalı, səbəblər dəqiq müəyyən edilməlidir. Yalnız bundan sonra həmin səbəblər ümumiləşdirilərək qarşısının alınması üçün tədbirlər görülə bilər”.

Həkim qeyd edib ki, körpə ölümlərinə təsir edən mühüm amillərdən biri də hamiləliyin normal keçməməsidir:

“Planlaşdırılmamış hamiləlik, hamilə qadının sağlamlıq problemləri və ya hamiləlik dövründə yaranan əlavə çətinliklər doğuş zamanı və ya doğuşdan sonra uşaq ölümlərinin sayına ciddi təsir göstərə bilər.

Bu gün mövcud olan bütün bu amillər diqqətlə araşdırılmalı, hər biri fərdi şəkildə təhlil edildikdən sonra ümumi nəticə çıxarılmalıdır ki, körpə ölümlərinə səbəb olan faktorlar aradan qaldırılsın”.

Bənzər Xəbərlər

Cəmiyyət

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

İyun 30, 2026
Cəmiyyət

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

İyun 30, 2026
Cəmiyyət

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

İyun 30, 2026
Cəmiyyət

Baş nazir qərar verdi: Artım edildi

İyun 30, 2026
Cəmiyyət

Qadınların pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ - Sabahdan...

İyun 30, 2026
Cəmiyyət

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

İyun 30, 2026

XƏBƏR LENTİ

Yaxın Şərqdə gərginlik artır: Suriya İsraildən bu əraziləri tərk etməyi tələb etdi

30 İyun, 26 / 23:58

İranın milyardlarla dollarına çıxış mümkün olacaq? – Qətərlə yeni danışıqlar

30 İyun, 26 / 23:35

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

30 İyun, 26 / 22:10

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

30 İyun, 26 / 21:56

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

30 İyun, 26 / 21:41

İrəvandan rus sərhədçilərini sevindirən AÇIQLAMA

30 İyun, 26 / 21:27

Paşinyanı devirmək üçün gizli planımız var - Rusiyalı oliqarx

30 İyun, 26 / 21:13

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAHI

30 İyun, 26 / 20:59

Əli Əsədovun bu qərarı nəyi dəyişəcək - Detallar AÇIQLANDI

30 İyun, 26 / 20:54

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

30 İyun, 26 / 20:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.