• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

AZAL qalmaqalı: “Tam qaytarılacaq” deyilən biletlərdən pul tutulur - FOTO

09 Mart, 26 / 17:42
A A

İranın martın 5-də Naxçıvana hücumu ilə bölgədə yaranan gərgin vəziyyət təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də vətəndaşların gündəlik həyatına təsir edən problemlərlə özünü göstərir. Bu problemlərdən biri də Bakı – Naxçıvan istiqamətində uçuş biletlərinin qaytarılması ilə bağlı yaranan narazılıqlardır.

Rəsmi açıqlamalarda gərginlik fonunda həmin istiqamət üzrə alınmış biletlərin heç bir tutulma olmadan geri qaytarılacağı bildirilsə də, lakin praktikada vəziyyət fərqli olub.

Çağdaş.Az saytına daxil olan şikayət zamanı məlum olub ki, sərnişinlər, həmin hadisədən sonra biletlərini qaytarmaq istədikdə Azərbaycan Hava Yolları (AZAL) tərəfindən biletin məbləğindən müəyyən hissə tutulur. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Sərnişinlərin sözlərinə görə, onlar yaranmış təhlükəsizlik riski səbəbindən səfərlərini təxirə salmaq və ya tamamilə ləğv etmək məcburiyyətində qalıblar. Lakin bileti geri qaytarmaq üçün müraciət etdikdə, əvvəlcədən elan olunan qərara baxmayaraq, onlardan xidmət haqqı və digər tutulmalar çıxılır.

Qeyd edək ki, vətəndaş martın 8-də Bakıdan Naxçıvana və martın 13-də Naxçıvandan Bakıya olmaqla gediş-dönüş bletləri üçün 120 manat ödəniş edib. Buna baxmayaraq bileti qaytaran zaman vətəndaşa 120 manat yerinə 84 manat qaytarılıb.

Dünya praktikasına baxdıqda fövqəladə və təhlükəli vəziyyətlərdə aviaşirkətlər daha humanist və sosial məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər. Belə hallarda sərnişinlərin hüquqlarının qorunması, xüsusilə də dövlətə məxsus və ya dövlətlə bağlı şirkətlər üçün vacib məsələ sayılır.

Hüquqi tərəfinə gəldikdə isə əgər rəsmi olaraq biletlərin tam məbləğdə geri qaytarılması ilə bağlı qərar verilibsə, həmin qərarın icra edilməməsi həm istehlakçı hüquqlarının pozulması, həm də qanunvericiliyin tələblərinə zidd hesab oluna bilər. Bu halda vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmək hüququna malikdirlər.

Məsələ ilə bağlı sərnişinlər bildirir ki, çətin və gərgin dövrdə onlara əlavə maliyyə yükünün yaradılması sosial baxımdan da qəbuledilməzdir. Onların fikrincə, belə həssas bir vaxtda əsas prioritet vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması olmalıdır.

Hazırda yaranmış vəziyyətlə bağlı Azərbaycan Hava Yolları tərəfindən rəsmi və detallı izah verilməməsi isə sualların daha da artmasına səbəb olur. Sərnişinlər şirkətdən əvvəl elan olunan qərara əməl olunmasını və biletlərin heç bir tutulma olmadan geri qaytarılmasını tələb edirlər.

Mövzu ilə bağlı aidiyyəti qurumların və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər tənzimləyici strukturların mövqeyinin açıqlanması isə vəziyyətə aydınlıq gətirə bilər. Vətəndaşlar ümid edirlər ki, məsələ qısa zamanda araşdırılacaq və hüquqları bərpa olunacaq.

Çağdaş.Az
Xəqani Əzizli

Teqlər: AYNAAZALAzərbaycan Hava YollarıBiletDaxili reys

Bənzər Xəbərlər

Cəmiyyət

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

İyun 28, 2026
Cəmiyyət

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

İyun 28, 2026
Cəmiyyət

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

İyun 28, 2026
Cəmiyyət

Masonlar Bakıda toplaşdı –Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirildi / FOTOLAR 

 

İyun 28, 2026

XƏBƏR LENTİ

Nura həmin məşhurları hədəf aldı: “Vallah, sizdə alınmır”

28 İyun, 26 / 22:02

Balkanlarda hərbi gərginlik artır – Vuçiçdən gözlənilməz qərar

28 İyun, 26 / 21:09

Müctəba Xamenei xalqa müraciət etdi: iki liderə ultimatum göndərdi

28 İyun, 26 / 20:40

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

28 İyun, 26 / 20:02

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

28 İyun, 26 / 19:28

Arıqlamaq istəyənlərə şad xəbər - Cəmi 7 gün limonu belə yeyin

28 İyun, 26 / 18:59

TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

28 İyun, 26 / 18:22

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:54

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:29

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

28 İyun, 26 / 17:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.