Son dəqiqə

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.

“Çağdaş.Az” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

“Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi.

Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq”, – paylaşımda qeyd olunub.