Son dəqiqə

Sensasion iddia! Victor Osimhen Türkiyənin köklü klubunu almağa hazırlaşır

İdman

Galatasaray formasını geyinən nigeriyalı futbolçu Victor Osimhenin 1-ci Liqa təmsilçisi İstanbulspor klubunu satın almaq istədiyi iddia olunur.

“Qalatasaray”a transferi ilə dünya miqyasında böyük səs-küy yaradan Osimhen bu dəfə meydandan kənardakı addımı ilə gündəmə gəlib.

Çağdaş.Az xəbər verir ki, “Africa Foot” nəşrinin yaydığı məlumata görə, 25 yaşlı hücumçu Nigeriya ilə Türkiyə arasında böyük futbol körpüsü qurmaq məqsədilə yeni layihəyə başlayıb. Bu çərçivədə onun “İstanbulspor” klubunu almaq niyyətində olduğu bildirilir.

Xəbərdə qeyd olunur ki, Osimhen layihənin ilk mərhələsi kimi Nigeriyada xüsusi futbol akademiyası və struktur yaratmağı planlaşdırır. Məqsəd istedadlı və perspektivli gənc futbolçuları erkən yaşda aşkar edib, onları peşəkar şəkildə yetişdirməkdir.

Hazırlanacaq sistemə əsasən, Nigeriyada yetişən gənc oyunçular peşəkar futbola keçidlərini və Avropadakı ilk təcrübələrini “İstanbulspor” vasitəsilə qazanacaqlar.

Hələlik tərəflərdən rəsmi açıqlama verilməsə də, sızan məlumatlara görə, Osimhenin menecerləri klubun maliyyə vəziyyətini araşdırır və ilkin danışıqlar gizlilik şəraitində davam etdirilir.