• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.6° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Son əməkhaqqı artımları kimlərə şamil ediləcək?

24 Mart, 26 / 9:01
A A

Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əməkhaqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.

Əməkhaqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir. Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq.

Son əmək haqqı artımları kimlərə şamil ediləcək?

Çağdaş.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlərin dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcəyini deyib

O bildirib ki, bu onların əməkhaqlarında artımlar ilə müşahidə ediləcək:

“Hazırda dövlət qulluqçuların sayı 27 min 360 nəfərdir. Onların 8283 nəfəri qadınlardır. Dövlət qulluqçularının ən çox çalışdığı 7-ci təsnifat üzrə inzibati vəzifələrdir: 12751 nəfər. Dövlət qulluğunun yardımçı vəzifələrində isə 6058 vətəndaşımız çalışır. Dövlət qulluqçularının ən az çalışdığı təsnifat isə 4-cüdür. Bu təsnifat üzrə cəmi 1014 vətəndaşımız çalışır. Göründüyü kimi, əmək haqqlarının təkmilləşdirilməsi dövlət qulluğunda çalışan 27360 vətəndaşımıza şamil olunacaq. Bir sıra digər dövlət qurumlarında çalışanların da maaş sistemi təkmilləşdirildiyi üçün bu islahat daha çox vətəndaşımız əhatə edəcək”.

Deputat yeni sistemin üstünlüklərindən də danışıb: “Əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əməkhaqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əməkhaqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq.

Hazırda dövlət sektorunda çalışan vətəndaşlarımız sayı 861,4 min nəfərdir. Ölkə üzrə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir: 3787 manat. Ən aşağı maaş isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb. Bu sektorda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın orta aylıq əməkhaqqısı 687 manatdır. Dövlət idarəetməsi, müdafiə və sosial təminatda çalışanların orta aylıq maaşı isə 1434 manatdır.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, dövlət qulluqçularının orta aylıq maaşı 1971 manatdır. Son islahatdan sonra bu məbləğdə xüsusi artımların olacağı gözlənilir. Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək”./Nocomment.az/

Bənzər Xəbərlər

İqtisadiyyat

Hesablama Palatasına yeni səlahiyyətlər verilir

İyun 30, 2026
Manşet

Azərbaycan daha bir konvensiyaya qoşuldu

İyun 30, 2026
Cəmiyyət

Milli Məclisin iclası keçirilir

İyun 30, 2026
Cəmiyyət

DTX son rəqəmləri açıqladı: 327 itkinin kimliyi müəyyən edildi

 

İyun 30, 2026
Cəmiyyət

Bu müəllimlərin maaşı artırıldı – Nazir açıqladı

İyun 30, 2026
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

İyun 30, 2026

XƏBƏR LENTİ

Daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

30 İyun, 26 / 17:14

Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

30 İyun, 26 / 16:59

Bu yolda hərəkət qismən məhdudlaşdırılır – 5 gün

30 İyun, 26 / 16:45

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

30 İyun, 26 / 16:31

Sabahın havası AÇIQLANDI

30 İyun, 26 / 16:17

Qumar oyunları ilə bağlı cəzalar sətləşir

30 İyun, 26 / 16:03

Hesablama Palatasına yeni səlahiyyətlər verilir

30 İyun, 26 / 15:48

Türk dünyası Şuşada bir araya gəldi

30 İyun, 26 / 15:35

Kurikulum sistemi ləğv olunacaq? - Nazir AÇIQLADI

30 İyun, 26 / 15:23

Azərbaycan daha bir konvensiyaya qoşuldu

30 İyun, 26 / 15:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.