Neft qiymətlərindəki dəyişikliklər ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra daha da kəskinləşib.
Çağdaş.Az xəbər verir ki, İran tərəfi Vaşinqtonla heç bir danışıqlar aparılmadığını açıqlayaraq ABŞ Prezidenti Donald Trumpın iddialarını təkzib edib. Bu açıqlamadan sonra neft qiymətləri yenidən təxminən 4%-ə yaxın bahalaşıb.
Qeyd edək ki, daha əvvəl Trump İranla “çox yaxşı və səmərəli danışıqlar” aparıldığını və mümkün hücumların 5 gün təxirə salındığını bildirmişdi. Bu açıqlama fonunda qiymətlər bir gün ərzində 10%-dən çox ucuzlaşmışdı.


