Son dəqiqə

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 72 mini ÖTDÜ

Dünya

İsrail ordusunun Qəzza zolağına 2023-cü ilin oktyabrından bəri həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayı 72 min 280-ə yüksəlib, yaralıların sayı isə 172 min 14 nəfərə çatıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayılan son məlumatda bildirilib.

Açıqlamada qeyd olunur ki, son 24 saat ərzində əvvəlki hücumlarda yaralanan 2 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra da hücumlar nəticəsində 704 nəfər ölüb, 1914 nəfər yaralanıb. Eyni zamanda, dağıntılar altından 756 cəsəd çıxarılıb.

Ümumilikdə, 2023-cü ilin oktyabrından bu günə qədər Qəzza zolağında ölənlərin sayı 72 min 280-ə, yaralananların sayı isə 172 min 14-ə çatıb.

Bildirilir ki, bölgədə hələ də minlərlə insanın cəsədi dağıntılar altında qalmaqdadır.