Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Dünyanı qorxudan etiraf ABŞ-dan gəldi: Müharibə bitsə belə…

Dünya

ABŞ kəşfiyyat hesabatına görə, Hörmüz körfəzi üzərində İranın nəzarəti müharibə başa çatsa belə hərbi güclə aradan qaldırıla bilməz. Bildirilir ki, problemin həlli yalnız diplomatik yollar və beynəlxalq təzyiq vasitəsilə mümkündür.

Çağdaş.Az-ın xəbərinə görə, ABŞ, İsrail–İran qarşıdurması davam etdiyi bir vaxtda yayımlanan hesabatda vurğulanır ki, dünya neft ticarəti üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının qısa müddətdə açılması real görünmür.

Qlobal neft daşımalarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazına nəzarət edən İran bu üstünlüyünü əsas stratejik fiqur kimi istifadə edir. ABŞ kəşfiyyatına görə, bu nəzarəti hərbi yolla qırmaq mümkün deyil.

Hesabatda qeyd olunur ki, müharibə başa çatsa belə boğaz böyük ölçüdə bağlı qala bilər. İranın isə məhdud keçidlərə icazə verərək iqtisadi gəlir əldə etdiyi iddia olunur.

Bloomberg-in məlumatına görə, İran bəzi gəmilərin keçidinə ödəniş müqabilində icazə verir. Çin, Hindistan, Pakistan, Türkiyə və Fransa şirkətlərinə məxsus gəmilərin keçə bildiyi, ABŞ və müttəfiqlərinə aid gəmilərin isə buraxılmadığı bildirilir. Keçid üçün 2 milyon dollara qədər ödəniş edildiyi iddia olunur.

Hörmüz boğazındakı böhran qlobal enerji bazarlarına da ciddi təsir göstərib. Avropada enerji qiymətləri artarkən, Asiyada neft çatışmazlığı müşahidə olunur. Avrozonada enerji qiymətləri mart ayında 100,16 bənddən 106,97 bəndə yüksəlib.

“The Wall Street Journal”ın təhlilinə görə, boğazın təhlükəsiz şəkildə açılması yalnız diplomatik proseslər və beynəlxalq təzyiq nəticəsində mümkün ola bilər.

Fransa prezidenti Emanuel Makron hərbi müdaxilənin real olmadığını bildirib. Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper isə İranın qlobal iqtisadiyyatı “girov götürdüyünü” qeyd edib.

Qırxdan çox ölkənin nümayəndələri siyasi və iqtisadi sanksiyaları müzakirə etmək üçün bir araya gəlsə də, hərbi müdaxilə variantının gündəmdə olmadığı vurğulanır.

İranın ABŞ-ın atəşkəs təklifini rədd etməsindən sonra ABŞ prezidenti Donald Tramp hücumların iki həftədən artıq davam edəcəyini bildirərək Tehrana sərt mesaj göndərib.

Məlumatlara görə, ABŞ və İsrailin zərbələri İranın ənənəvi dəniz qüvvələrinə ziyan vursa da, əsas təhlükə İranın asimmetrik hərbi imkanlarından qaynaqlanır. Sahildən buraxılan gəmiəleyhinə raketlər, pilotsuz uçuş aparatları, sürətli hücum qayıqları və kiçik sualtı qayıqlar bölgədə dəniz nəqliyyatına ciddi təsir göstərməkdə davam edir.