Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Xocalı qatillərindən terrorçu ZORİ BALAYAN ÖLDÜ

Dünya

Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.

Çağdaş.Az xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.

Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşıb.

Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub./Report/