• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
2.003
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeniyetmələrdə aqressivlik artır – Psixoloq səbəbləri AÇIQLADI

17 Aprel, 26 / 22:43
A A

Son günlər Türkiyə məktəblərində baş verən silahlı hücumlar və bu tip təhdidlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə azyaşlı və yeniyetmələrin belə ağır zorakılıq hadisələrinə qarışması “problem haradan başlayır?” sualını daha da aktuallaşdırır. Bu fonda valideynlərin rolu, uşaqlarda davranış dəyişikliklərinin vaxtında fərq edilməsi və psixoloji dəstəyə yanaşma məsələsi ön plana çıxır.

Əsas sual budur ki, bu cür zorakılıq törədən yeniyetmələrin psixologiyası necə formalaşır və buna səbəb olan əsas faktorlar nələrdir? Valideynlər uşaqlarda hansı əlamətlərə diqqət etməli və nə vaxt psixoloqa müraciət etməlidirlər?

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, əvvəlki dövrün yeniyetmələri ilə indiki dövrün yeniyetmələri çox fərqlidir.

Onun sözlərinə görə, indiki gənclər daha gərgin, emosional və aqressivdir, eyni zamanda fikirlərini daha sərt və açıq şəkildə ifadə edirlər:

“Buna baxmayaraq, bir uşaq cəmiyyətə, yoldaşlarına və ya ailəsinə qarşı hər hansı mənfi hərəkət edirsə, bu davranış pozuntusu sayılır və bunu ailədə valideyn formalaşdırır. Valideynlər çox vaxt övladının hər şeyinin olmasını, xoşbəxt və sağlam yaşamasını istəsələr də, bir şeyi nəzərdən qaçırırlar: “Övladın hər şeyi olsa, bəs o özü-özü üçün nə edəcək?”. Keçmişdə (Sovet dövründə) insanlar övladı gələcəkdə onlara dəstək və kömək olsun deyə dünyaya gətirirdilər. O dövrün uşaqları oxuyur, inkişaf edir və ailəsinə sadiq qalırdılar, hətta ailə onlara bəzən fiziki şiddət və ya cəza tətbiq etsə də, valideynlərini sevərək böyüyürdülər. Keçmişdə uşaqların hamısı universitet oxumurdu, texnikumlarda oxuyub iş tapır, kifayət qədər əməkhaqqı alırdılar. Bu gün isə valideynlər “bir uşağımız olsun, ona hər şeyi verək” deyirlər, amma sonda o uşaq zərərli vərdişlərin aludəçisi olur. Uşağı aşağı yaşdan modelləşdirmək lazımdır, ona “mən sənə bunu edəcəm” demək əvəzinə, “sən özün kim olacaqsan və məqsədin nədir?” suallarını aşılamaq lazımdır”.

Mütəxəssis hesab edir ki, müasir dövrdə davranış pozuntularının əsas səbəblərindən biri uşaqların uzun müddət telefonda vaxt keçirməsidir:

“Davranış pozuntularının əsas səbəbi uşaqların bütün günü telefonda olmasıdır. Əvvəllər uşaqları küçədən yığırdılar ki, gecədir, başınıza bir iş gələr, amma indi telefonu əllərinə veririk və onların PUBG-də kiminlə tanış olduğundan, haraya getdiyindən xəbərimiz olmur. Sosial mediada və oyunlarda “öldürdü”, “əcəb elədi”, “haqqıdır” kimi aqressiv rəyləri oxuyan uşaqlar düşünürlər ki, kimsə onlara qarşı səhv edəndə mütləq cavabını verməli, incitməli və ya öldürməlidirlər.

Əvvəllər “bullinq” (zorakılıq) halları uzaq görünürdüsə, indi bu hallar Azərbaycanda daha çox yayılıb. Uşaqlar məktəbə hücum edir, yoldaşlarını döyür, müəllimini öldürməyə cəhd edir. Azərbaycanda müəllim həm güllələnir, həm də işdən çıxarılır. Bu, müəllim dərs verməyə gəlib, güllələməyə yox. Keçmişdə müəllim uşağı cəzalandıranda valideyn sabah gedib müəllimi güllələmək və ya işdən çıxarmaq barədə düşünmürdü, çünki bunu anlayışla qarşılayırdı”.

Psixoloq valideynlərə tövsiyə edib ki, uşaq oxumursa, gedib müəllimləri günahlandırmayın, onu bacardığı sahəyə yönləndirin:

“Ali təhsil almaq hər şey demək deyil, bu sadəcə təhsil almaqdır. Hamı ali təhsilli olmaq məcburiyyətində deyil, hər ali təhsili olana da yüksək vəzifə verilmir. Ali təhsil almaq həkim, müəllim, vəkil və ya prezident olmaq demək deyil. Övladınıza kiçik yaşlarından sevgi, diqqət, qayğı və ən əsası mərhəməti öyrədin. Əgər valideyn uşağına “itə daş at”, “pişiyi təpiklə” deyirsə, bilsin ki, o daş və təpik sabah valideynin özünə qayıdacaq. Valideyn özü uşağa bu dəyərləri aşılamasa, məktəbdən heç bir dəstək gözləməyə haqqı yoxdur.

Uşaqların telefonda keçirdiyi vaxt və oynadıqları oyunlar əslində valideyn diqqətsizliyinin bir göstəricisidir. Telefonla həddindən artıq vaxt keçirən uşaqlarda ilk növbədə aqressivlik yaranır, yuxu problemləri ortaya çıxır, nitq qabiliyyəti zəifləyir, aktivlik azalır, göz və dayaq-hərəkət aparatında müxtəlif problemlər yaranır, əsəbilik, stres və stresə qarşı dözümsüzlük halları müşahidə olunur, uşaqların sosial ünsiyyəti aşağı düşür, insanlarla dost olmaq istəmirlər və münasibətlərində gərginlik yaranır. Valideynlər çox vaxt uşaqlarına “təhlükəsizlik” məqsədilə telefon alsalar da, əslində bununla övladlarını daha böyük təhlükəyə atmış olurlar”.

Psixoloq onu da bildirib ki, valideynlər uşaqlarda ciddi davranış dəyişiklikləri müşahidə etdikdə problemi təkbaşına həll etməyə çalışmamalı, mütləq mütəxəssisə müraciət etməlidirlər:

“Əgər uşaqda bir problem yaranıbsa və valideyn bunu təkbaşına həll edə bilmirsə, mütləq mütəxəssisə (psixoloqa) müraciət edilməlidir. Bəzi valideynlər psixoloq xidmətlərinin baha olduğunu düşünsələr də, dövlət tərəfindən ödənişsiz xidmət göstərən mərkəzlər mövcuddur. Psixi Sağlamlıq Mərkəzlərində və bəzi poliklinikaların tərkibində ödənişsiz psixoloq xidmətləri fəaliyyət göstərir. Məktəblərdə fəaliyyət göstərən psixoloqlara müraciət etmək vacibdir. Bəzən məktəb psixoloqlarının kifayət qədər bilikli olmadığı düşünülsə də, onların müəyyən təhsil bazası və həyat təcrübəsi var. Bu təcrübəyə əsaslanaraq, onlar uşaqların inkişafı və problemlərinin həlli ilə bağlı valideynlərə kifayət qədər faydalı və dəyərli məsləhətlər verə bilərlər”.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

“Android”dən iOS-a keçid asanlaşdı

Aprel 17, 2026
Cəmiyyət

Yutubda artıq bu da mümkündür

Aprel 17, 2026
Cəmiyyət

Space TV-nin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Aprel 17, 2026
Cəmiyyət

Azərbaycanın ən çox əhalisi olan 10 rayonu – SİYAHI

Aprel 17, 2026
Cəmiyyət

Ali təhsillə bağlı qərar – Yeni ixtisas yaradıldı

Aprel 17, 2026
Cəmiyyət

Hərbi xidmətlə bağlı Sərəncam imzalandı

Aprel 17, 2026

XƏBƏR LENTİ

Gülləri uzun müddət necə saxlamaq olar?

18 Aprel, 26 / 1:10

“Spotify” 322 milyon dollar qazandı – MƏHKƏMƏDƏ QALİB OLDU

18 Aprel, 26 / 0:18

Həyətinizdə bu güllər varsa, diqqət!

17 Aprel, 26 / 23:51

Ən inadkar bürclər

17 Aprel, 26 / 23:37

Məşhur kardioloqdan ŞOK XƏBƏRDARLIQ: “Faydalı sandığınız bu qida ürəyi məhv edir”

17 Aprel, 26 / 23:24

Quşlar kosmosa istilik yayır – TƏDQİQAT

17 Aprel, 26 / 23:11

“Dünyanın ən çox təhqir olunan insanı mənəm”

17 Aprel, 26 / 22:57

Yeniyetmələrdə aqressivlik artır – Psixoloq səbəbləri AÇIQLADI

17 Aprel, 26 / 22:43

“Android”dən iOS-a keçid asanlaşdı

17 Aprel, 26 / 22:29

Yutubda artıq bu da mümkündür

17 Aprel, 26 / 22:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.